Hatayda xilasetmə tədbirləri çərçivəsində zəlzələ zamanı vəfat etmiş Ayşegül Çinin vəsiyətnaməsi və qızıl-zinət əşyaları ilə pul dolu çantasını tapıblar.
Newscenter.az haberturk.com-a istinadən xəbər verir ki, mərhumə başına bir iş gələcəyi təqdirdə çantadakı pul və qızıl əşyalarını anasına çatdırmalarını vəziyyət edib. O, həmin pulla anasının ümrə və həcc ziyarətinə getməsini arzulayıb.
Qeyd edək ki, zəlzələ zamanı Ayşegül Çinin anası da vəfat etdiyi üçün xilasedicilər tapılan vəsiyətnamə və qızılları onun qardaşına təslim ediblər.
Mehman