Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb.
Newscenter.az-ın məlumatına görə, “Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, Blinken Türkiyədə səfərdədir. O, xarici işlər naziri Mövlud Çavuşoğlu ilə də görüşüb.