Ermənilər yenidən haray-həşir qaldırıblar. Dünyanı aldatmağa çalışırlar ki, son günlər Xankəndi və ətraf ərazilərin təbii qazla təminatında yaranan problem Azərbaycanın ekofəallarının Xankəndi-Laçın yolunda keçirdikləri dinc aksiya ilə bağlıdır. Halbuki Qarabağ ermənilərinin qaz təminatında yaranmış çətinlik tamamilə fərqli problemlə əlaqədardır.
Newscenter.az-ın xəbrinə görə, hüquq müdafiəçisi Sahib Məmmədov deyib ki, ərazilər işğaldan azad olunana qədər Qarabağda erməni yaşayan yerlərə Ermənstandan təbii qaz nəqlində həmişə problem olub:
"Çünki Ermənistan qazı Rusiyadan alır. Həm də tələbatdan az alır, çünki pulunu verə bilmir. Həmişə də Qarabağ ermənilərinin payından kəsiblər. İndi də haray salıblar ki, bəs blokadaya görə qaz təchizatı dayandırlıb. Ekofəallar boruya tixac vurub? Bunu bizim əziz və sevimli XİN əməlli başlı izah edə bilmir dünyaya. Hələ ötən il çürüyən boruları "Azəriqaz"öz hesabına dəyişdi".
Mehman