Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan sülhə hazır deyil -ÖZƏL

Ermənistan sülhə hazır deyil


"Münhen görüşü də bir daha sübut etdi ki, Ermənistan sülhə hazır deyil". Bu fikirləri Newscenter-az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri deyib ki, əksinə Ermənistanın yenidən aqressiyaya əl atmağa meyilli olduğu açıq şəkildə özünü göstərdi:

"İstər Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan debatlarda Ermənistan baş naziri Nikol Paşinyanın sülh müqaviləsinin imzalanmasının zəruriliyi barədə səslənən fikirləri qulaqardına vurması, istər Birləşmiş ştatlarının dövlət katibi Blinkenin iştirakı ilə keçirilən üçtərəfli görüşdə Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlərə olan qeyri-adekvat reaksiya onu deməyə əsas verir ki, İrəvan könüllü olaraq Azərbaycanla sülh müqaviləsi imzalamayacaq. Ermənistanı yalnız buna məcbur etmək lazımdır".

Arzuman Muradlı hesab edir ki, Fransa prezidenti Emmanuel Makronun Ermənistanı bundan sonra da dəstəkləməyə davam edəcəkləri barədə açıqlaması da Paşinyanı daha aqressiv edib.

Mehman
Xəbəri paylaş