Bu günlərdə Milli Şura adlanan qurumun üzvü Gültəkin Hacıbəylinin Sevinc Osmanqızının verilişində Ermənistanın baş naziri Nikol Paşinyanı regionda demokratiyanın qalası deyə xarakterizə etməsi Azərbaycan cəmiyyətində ikrah hissi ilə qarşılanıb.
AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə məsələ ilə bağlı Newscenter.az-a açıqlama verərək bildirib ki, Gültəkin Hacıbəylinin Paşinyana tərif dolu ifadələr işlətməsi başadüşüləndir. Onun sözlərinə görə, Gültəkin Hacıbəyli də Paşinyanla eyni qabdan su içir:
“Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin Ermənistan baş naziri haqda səsləndirdiyi fikirlər, Paşinyanı tərif yağışına tutması onu göstərir ki, Gültəkin Hacıbəyli və onun kimi insanlar Nikol Paşiniyanla eyni qabdan qidalanır, eyni qüvvələrə xidmət edir. Əli azərbaycanlıların qanına batmış birini tərifləmək, onlardan biri olmaqdan fərqsizdir. Ona görə xaricdə bəlli dairələr tərəfindən maliyyələşdirilən şəxslərin bu kimi fikirləri cəmiyyəti diqqətini cəlb etmir”.
Mehman