Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstan siyasi baxımdam məsuliyyətli davranmalıdır -ÖZƏL

Gürcüstan siyasi baxımdam məsuliyyətli davranmalıdır


Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən üçtərəfli paneldə, Azərbaycan Prezidenti, eləcə də Gürcüstan və Ermənistan baş nazirlərinin iştirakı ilə baş tutan müzakirədə ümumi fikir ondan ibarət oldu ki, rəsmi Tbilisi də Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərpa olunmasında fəallıq nümayiş etdirməlidir. Bu mənada hətta yaxın vaxtlarda Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşünün Gürcüstanda keçirilməsi də istisna edilmir. Bəs, görəsən Tbilisi buna nə dərəcədə hazırlıqlı və ya maraqlıdır?

Newscenter.az xəbər verir ki, politoloq Zaur İbrahimlinin qənaətincə, Azərbaycanın dəstəyi mümkün böhran vəziyyətlərdə Tiflis üçün xilas kəməridir:

O bildirib ki, bunlarla yanaşı Azərbaycan Gürcüstanın daxili proseslərinə müdaxilədən çəkinir və bu da sabitliyin qorunması üçün vacib amildir:

"Məhz bu şərtlər Tiflisdən obyektiv olaraq Azərbaycanın mövqelərinin müdafiəsini tələb edir. Bütün bölgədə sülh, tərəqqi üçün Tiflis də məsuliyyət götürməkdən çəkinməməlidir:

Zaur İbrahimli qeyd edib ki, gələcəkdə böhranlardan, müharibədən qaçmaq üçün Gürcüstan siyasi baxımdam məsuliyyətli davranmalıdır:

"Gürcüstanın belə mövqeyi, qonşuların ərazi iddiaları, xəyali geosiyasi layihələrinə qarşı çıxması bölgənin gələcəyində mühüm rol oynaya bilər".

Mehman
Xəbəri paylaş