Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hər zaman qərbin ikili standartları ilə qarşılaşmışıq -ÖZƏL

Hər zaman qərbin ikili standartları ilə qarşılaşmışıq


Son aylar cərəyan edən proseslər, Xankəndi-Laçın yolu ilə bağlı erməni yalanlarına şərik çıxan Qərbin, Avropanın Azərbaycana müəyyən mənada təzyiq göstərməsi onu deməyə əsas verir ki, hələ də dünyada ikili standartlar mövcuddur. Elə AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə də bu qənaətdədir.

Newscenter.az-a verdiyi açıqlamada AVP rəsmisi deyib ki, dövlət və xalq olaraq hər zaman qərbin ikili standartları ilə qarşılaşmışıq. Onun sözlərinə görə, bu tendensiya torpaqlarımızın işğalı dönəmində və işğaldan sonrakı dövrdə də davam etmişdir:

“Çünki qərb Azərbaycan- Ermənistan münasibətlərinə xristian həmrəyliyi prizmasından yanaşır və əsl reallıqları görməzdən gəlir”.

Mehman
Xəbəri paylaş