Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb


İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.

Bu barədə Newscenter.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin əməkdaşları tərəfindən 42 kiloqram 650 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində fevral ayının 17-də saat 23:40-da Biləsuvar rayonunun Yuxarıağalı kəndi yaxınlığında 1 ədəd bağlamada ümumi çəkisi 8 kiloqram 250 qram narkotik vasitə (7 kq 700 qram “marixuana”, 350 qram “heroin” və 200 qram “tiryək”), fevral ayının 18-də saat 23:30-da Füzuli rayonun Arayatılı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 2 ədəd bağlamada ümumi çəkisi 20 kiloqram 300 qram narkotik vasitə (19 kq 500 qram “marixuana”, 800 qram “tiryək” və 495 ədəd narkotik tərkibli psixotrop həblər) və fevral ayının 19-da saat 15:25-də Füzuli rayonun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 1 ədəd bağlamada ümumi çəkisi 5 kiloqram 100 qram narkotik vasitə “marixuana” aşkar olunaraq götürülüb.

Bundan əlavə, Dövlət Sərhəd Xidməti və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində fevral ayının 19-da saat 09:00 radələrində Zəngilan rayonun Şərifan kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 10-DE-474 dövlət qeydiyyat nişanlı “Nexia” markalı avtomobil şübhə doğurduğu üçün saxlanılıb.

Saxlanılan şəxsin 1974-cü ildə Cəbrayıl rayonunun Kürdlər kəndində anadan olmuş, hazırda Saatlı rayonunda yaşayan Balacayev İlham Qara oğlu olduğu müəyyən edilmiş və idarə etdiyi avtomobilə baxış zamanı 2 ədəd bağlamada ümumi çəkisi 9 kiloqram narkotik vasitə “marixuana” aşkar olunaraq götürülüb.

Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Mehman
Xəbəri paylaş