Ötən il Azərbaycanda 60 810 ölüm halı qeydə alınıb.
Newscenter.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, ötən il ölkədə 60810 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə 2021-ci illə müqayisədə ölənlərin sayı 7,7-dən 6,0-a qədər azalıb.
Ölənlərin 1 925 nəfəri (3,2 faizi) 0-17 yaşda, 6 387 nəfəri (10,5 faizi) 18-49 yaşda, 15 815 nəfəri (26,0 faizi) 50-64 yaşda, 36 683 nəfəri (60,3 faizi) isə 65 və yuxarı yaşda olub.
Mehman