“Münhen Təhlükəsizlik Konfransı demək olar ki, Azərbaycan üçün səmərəli və effektiv şəkildə müvəffəqiyyətlə keçdi. Bu beynəlxalq platformada baş verənlər və konfrans çərçivəsində keçirilən görüşlər, Azərbaycan və ümumiyyətlə Cənubi Qafqaz üçün geopolitik proseslərə ciddi şəkildə öz təsirini göstərəcəkdir”.
Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, xüsusilədə bu platformada keçirilən görüşlər, Azərbaycan və Ermənistan arasında mövcud problemlərin həllinə öz köməyini göstərir və gələcəkdə görüləcək işlərin istiqamətini müəyyən etmiş olur:
“Həm konfrans, həm də konfrans çərçivəsində keçirilən görüşlərdə Azərbaycan prezidentinin önəmli mesajları oldu və o bir daha Ermənistan tərəfini məyus etdi. Xüsusilə də plenar iclasda çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev, Qarabağda erməni azlığın təhlükəsizliyi və hüquqları ilə bağlı müzakirələrin aparılacağını və xüsusi olaraq həqiqətən Qarabağda doğulub və həyatı boyu orada yaşayan erməniləri və onların icmasını vurğulayaraq qeyd etdi. Laçın dəhlizi ətrafında gedən yalan informasiyalara aydınlıq gətirdi və Zəngəzur dəhlizinin reallaşması məsələsini, məhz Laçın dəhlizi ilə prioritet məsələ olduğunu və hər iki dəhlizin işləməsi, eyni hüquqa və funksional rejimə uyğun olmasını vurğuladı. Azərbaycan və Ermənistan arasında sərhəddə, nəzarət buraxılış keçid məntəqələrinin yaradılması təklifini verən İlham Əliyev, bunu iki ölkə arasında əlaqələrin inkişaf perspektivləri kimi gördüyünü bildirdi. Bütün bunlarla yanaşı Fransanın hər zaman olduğu kimi, Münhen Təhlükəsizlik Konfransında, Azərbaycan və Ermənistan münasibətlərinə təsir göstərmək, pozuculuq işləri ilə məşğul olması diqqətləri cəlb etdi".
Natiq