Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Münhen Təhlükəsizlik Konfransı sübut etdi ki, Paşinyan hələ də dəyişməyib və yeni savaş istəyir

Münhen Təhlükəsizlik Konfransı sübut etdi ki, Paşinyan hələ də dəyişməyib və yeni savaş istəyir


"59-cu Münhen Təhlükəsizlik Konfransı Azərbaycanın haqlı mövqeyinin bir daha dünyaya çatdırılması, o cümlədən erməni yalanlarının ifşa edilərək əsl həqiqətlərin ortaya çıxarılması baxımından əhəmiyyətli oldu".

Newscenter.az
xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri qeyd edib ki, 3 il əvvəl olduğu kimi, bu dəfə də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanı diplomatik uğursuzluğa düçar edib:

"Erməni baş nazirin Azərbaycan əleyhinə formalaşdırmağa çalışdığı şər-böhtan dolu fikirləri, yalanı Cənab Prezident real faktlara söykənən sübutlarla ifşa edib. Qarabağ ermənilərinin Xankəndi-Laçın yolunun guya bağlı olması səbəbindən blokadada qaldığını iddia edən Paşinyana dekabrın 12-dən indiyə qədər sözügedən ərazidən 2500-dən artıq avtomobilin keçdiyini xatırlatması erməni baş naziri üçün real faktlara söykənən diplomatik zərbə olmaqla yanaşı, həm də erməni yalanına şərik olan beynəlxalq güclərə həqiqəti söyləməyin lazım olduğunu bildirmək idi”.

Arzuman Muradlının qənaətincə, 3 il əvvəlki kimi yenə də diplomatik uğursuzluqla üzləşən Ermənistanın baş naziri Nikol Paşinyan həm də onu sübut etdi ki, o hələ də dəyişməyib və müharibədən sonra regionda yaranmış yeni reallıqları qəbul etməyərək hələ də yeni bir savaş niyyətindədir:

“Hər halda ABŞ dövlət katibi Blinkenin iştirakı ilə keçirilən üçtərəfli görüşdə sülh müqaviləsinin imzalanması məqsədilə Azərbaycan tərəfinin irəli sürdüyü təkliflərə Paşinyanın ciddi yanaşmaması, qeyri-konstruktiv mövqe nümayiş etdirməsi belə deməyə əsas verir”.

İctimai Birlik sədri hesab edir ki, bütün halda Münhen Təhlükəsizlik Konfransı Nikol Paşinyan üçün növbəti diplomatik uğursuzluq oldu.

Mehman
Xəbəri paylaş