Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Putin “böyük iyirmilərin” toplantısına qatılacaqmı?

Putin “böyük iyirmilərin” toplantısına qatılacaqmı?


“Böyük iyirmilərin” (G20) toplantısı martın 1-də Hindistanda olacaq və bir neçə gün çəkəcək. Liderlərdən əvvəl “böyük iyirmilərin” xarici işlər nazirləri görüşəcək və liderlərin mövzularını müəyyən edəcəklər. Dehli toplantıda Rusiyanın iştirakına çalışır. Rusiya prezidenti Vladimir Putinin “böyük iyirmilərin” toplantısında iştirakıyla bağlı durum bəlli deyil. Kreml sahibi hələ qərar verməyib.

Newscenter.az xəbər verir ki, bu fikirləri "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu səsləndirib. O bildirib ki, Vladimir Putin “böyük iyirmilərin” toplantısında iştirak edərsə, iki durumla üzləşəcək:

"Birincisi, Putin toplantıda iştirak edəcəyi halda bəzi ölkələrin liderləri Hindistandakı toplantıdan imtina edə bilər. Onlar Putinlə eyni masada oturmaq istəməyə bilərlər. İkincisi, Putin Hindistanda çox az sayda ikili görüş keçirəcək. Bu iki səbəbdən Putin toplantıya qatılıb-qatılmayacağıyla bağlı hələ qərar verməyib. Ancaq Putin Qərb liderlərinin acığına Hindistandakı toplantıda iştirak edərsə bununla göstərəcək ki, dünyadan izolə edilməyib və onun əlini sıxmaq istəyən liderlər var".

Mərkəz rəhbəri deyib ki, bundan əvvəl İndoneziyada “böyük iyirmilərin” toplantısında gərginlik yaşanmışdı:

"Qərb ölkələri toplantıda Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinə qarşı sənəd qəbul etməyə çalışdılar. Ancaq “böyük iyirmilərin” Rusiya ilə sıx münasibətləri olan dövlət liderlərinin bir qrupu bunun əleyhinə çıxdılar. Qərb dövlətlərinin liderləri bu dəfəki “böyük iyirmilərin” toplantısında Rusiya əleyhinə hər hansı sənədin qəbuluna çalışmayacaqlarını bildiriblər. Çünki bu mənasızdır. Rusiya Ukraynaya qarşı işğalçı müharibəni dayandırmaq fikrində deyil. Qərb liderləri isə Kremllə danışıqların nəticəsiz qaldığını anlayaraq Ukraynaya hərbi texnika yardımını artırıblar. Ona görə də Hindistandakı toplantıda Rusiya-Ukrayna müharibəsi müzakirə olunmayacaq. “Böyük iyirmilərin” Hindistandakı toplantısında üçüncü dünya ölkələrinin borc məsələsi, ərzaq təhlükəsizliyi, koronavirusla mübarizə, iqlim dəyişikliyi kimi mövzular müzakirə olunacaq. G20 ölkələrindən başqa toplantıda – Banqladeş, Misir, İspaniya, Mavrikiy, Nigeriya, Niderland, Oman, Birləşmiş Ərəb Əmirlikləri və Sinqapurun rəhbərləri də dəvət olunub".

Mehman
Xəbəri paylaş