Həsən Səbbahın Ələmut-həşşaşi terror məktəbini bu gün Qum hövzəsi davam etdirir. Qum təkcə Azərbaycanı, İslam ölkələrini yox, bütün bəşəriyyəti zəhərləyir.
Vaxtilə Fatimilər zamanında Həşşaşilər Səlcuqlulara, Əyyubilərə, digər müsəlman dövlətlərinə qarşı hansı terroru, hansı çirkin siyasəti yürüdürdüsə, bu gün Qum terror məktəbi də eynilə davam edir.
Əslən Qumdan olan terrorçu Həsən Səbbah Səlcuqlu vəziri Nizamülmülkü terror etdirib qətlə yetirmişdi. Məhz Qum məktəbinin təsiri ilə Ziya Bünyadovu da eynilə Azərbaycanda qətlə yetirmişdilər. Bu müqayisələri kifayət qədər artırmaq olar.
Həsən Səbbah Misirdə Fatimilər dövlətinə gedərək orada yetişmiş, siyasi planlar quraraq guya hansısa anlaşmazlıq nəticəsində İrana qayıdaraq Ələmut qalasını alıb orada yerləşmişdi. O Fatimilər dövləti ki, 3 dönəm vəziri (əslində dövləti de-fakto idarə edən) Bədr əl Cəmal erməni idi və Fatimilər Qüdsü müsəlmanlardan alıb səlibçilərə təslim etmişdilər, minlərlə günahsız müsəlmanı qılıncın qabağına vermişdilər.
Həsən Səbbah üçün belə bir ssenari qurmuşdular: guya Fatimi xəlifəsindən sonra onun Nizar adlı oğlunun vəliəhd olmasının tərəfində olan Səbbah xəlifənin vəfatından sonra erməni vəzirin kürəkəni olan xəlifənin digər oğlu Müstəlininin hakimiyyəti ələ almasına etiraz etmişdir və təzyiqə məruz qalıb İrana qayıtmışdır. Bu, əslində təqiyyə edilərək Həsən Səbbahın İranda yerləşməsi üçün qurulmuş zahiri səbəb idi. Onlar Batini idi. Batinilərdə planı, niyyəti, amalı, əsl məqsədi açıqdan bildirmək qadağandır. Nə məqsəd varsa, özünü gizlədərək tam onun əksini deməlisən. Məhz Həsən Səbbah daha əlverişli mövqedən, ikinci cəbhə açaraq (əslində o sonradan Suriya ərazisində də bir neçə qalanı zəbt edərək üçüncü, dördüncü və daha çox cəbhələr də açdı, müsəlmanlara qarşı) türk - müsəlman dövlətlərinə terrora başladı.
Yəni, zahirdə, üzdə guya Həsən Səbbah Fatimi dövlətinə zidd mövqedədir, onları dəstəkləmir, ancaq ideoloji cəhətdən Fatimilərin İsmaili - batini, anti - İslam məfkurəsini başqa bir coğrafiyada yayır, dailər yetişdirir və terror edir. Tapşırıq Fatimilərdən gəlir, ancaq məsuliyyət Həşşaşilərin üzərində qalır. Fatimilər də dara düşəndə köməyə çağırdıqları müsəlman dövlətlərinə elan edir ki, Həsən Səbbah bizə müxalifdir, biz onun işinə qarışmırıq. Fatimilər vaxtilə səlibçilərin Misiri tutmaq üzrə olduqları vaxt Zəngi dövlətinin başçısı Nurəddin Zıngidən kömək istəmiş, Nurəddin bəy də ən yaxın adamını, Əsədüddin Şirkuhu ora köməyə yollamış, nəticədə səlibçilər Misirdən çıxarılmışdı. (Əlində əvvəlki vaxtlarda Fatimilərin səlibçilərlə ittifaqa girib müsəlmanlara zərbə vurmaları nümunələrini bildiyindən, buna bir daha imkan verməmək üçün qabaqlayıcı tədbir gördü). Şirkuhun vəfatından sonra Səlahəddin Əyyubi 1169 - cu ildə Fatimilərin vəziri oldu, onların əslində bütün islam ümmətinə qarşı xəyanət siyasəti yürütdüyünü tam anladı və 1171 - ci ildə rəhbərliyi ələ aldı, dərhal Abbasi xəlifəsinə mənəvi bağlılıq elan etdi, bütün gücünü anti-müsəlman olan düşmən qüvvələrə, səlibçilərə yönəltdi. Beləliklə Fatimi dövləti süqüt edərək yerində Əyyubilər dövləti quruldu.
Fəqət Həsən Səbbah davam etdi, bir çox fəsadlar törətdi, özündən sonra da yerinə keçənlər həm İslamı, İslam ideoloji xəttini siyasi cəhətdən zədələdi, həm də İslam ümmətinin arasında böyük nifaq və fitnələr yaydılar. Axır ki, Ələmut qalası sonralar Hulaku Xan tərəfindən partladılıb Həşşaşilərə son qoyuldu.
Hal - hazırda İran Fatimilərin siyasətini yürüdür. Sadiq Şirazini guya özünün siyasi xəttinə zidd, müxalifət elan edərək, Fatimilər Həsən Səbbahı etdiyi kimi, zahirən tənqid edirlər. Ancaq özləri deyə bilmədiyini, edə bilmədiklərini onun dili ilə deyirlər, onun əli ilə edirlər. Azərbaycanın Britaniya səfirliyinə Şiraziçilərin basqını və onun arxasında dayanan planlar İran ideoloqları tərəfindən səlibçi arxadaşlarının iştirakı ilə hazırlanıb.
Təbrizli Ayətullah Şəriətmədarini vaxtilə müxalif fikirlərinə görə demək olar ki, siyasi, mənəvi və fiziki cəhətdən tam məhv edən, inqilabın və hakimiyyətin faktiki olaraq ikinci siması olan Ayətullah Müntəzirini edamlara qarşı çıxdığına görə ölənə kimi ev dustağı edən, böyük alim Ayətullah Əllamə Burquini xurafatı, batil inancı, məzhəbçiliyi İslam adı ilə ideologiya seşmələrini tənqid etdiyinə görə terror etdirən rejim nə əcəb bir ayağı Londonda, bir ayağı İranda olan, guya ziddi-inqilabçı Ayətulla Sadiq Şirazini də başqa alimlər kimi öldürüb tualetdə basdırmır? Demək aydındır ki, Sadiq Şirazi İranın Avropada, Qərb dövlətlərindəki Həsən Səbbahıdır.
Ayıq olmalı, doğru anlamalı və vaxtilə yer üzündə, İslam aləmində çox böyük fəsadlar, terror törətmiş bu tüğyançı düşüncəyə, dağıdıcı ideologiyaya qarşı mübarizəyə hazır olmalıyıq.
Həsən Səbbahın yetişdirdiyi kəşfiyyatçılar, terrorçular, fədailər, dailər elə olub ki, 20 il sultanlarının sarayında özlərini gizlədiblər. Sifariş gələnə qədər, zahirdə içlərinə girdikləri dövlətin mövqeyində olublar, o dövlətin bayraqlarını qaldırıblar, öpüblər, gözlərinin üstə qoyublar, hətta Həsən Səbbahı lənətləyiblər də...
Lakin sifariş, ismarış gələndə Səlahəddin Əyyubinin yasdığına xəncər sancıblar, Nizamülmülkü öldürüblər və. s.
Ona görə unutmaq lazım deyil ki, ən qorxulu düşmən açıq düşmən yox, gizli düşməndir!
Tural İrfan