Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sülh sazişinin imzalanması Münxendə bir daha gündəmə gəldi

Sülh sazişinin imzalanması Münxendə bir daha gündəmə gəldi


"Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinkenin vasitəciliyi ilə Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan görüş Azərbaycanın üstünlüyü ilə yadda qaldı. Burada ən vacib məsələ Bakının qəti şəkildə sülh müqaviləsinin beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməsinə diqqəti yönəltməsidir. Prezident İlham Əliyev qəti şəkildə bəyan etdi ki, Qarabağ haqqında hər hansısa müddəanın olması qəbuledilməzdir. Sülh sazişinin imzalanması, bunun üçün lazım olan şərtlərin mövcudluğu Münxendə bir daha gündəmə gəldi. Ümumilikdə rəsmi Bakı Ermənistanın bir neçə gün əvvəl verdiyi təklifləri nəzərdə alaraq, İrəvanın mövqeyində tərərqqi olduğunu güman edir. Amma Prezident İlham Əliyevin də söylədiyi kimi, bu tərəqqi kifayət etmir. Ermənistan daha tutarlı addımlar atmalı cə prosesin sürətlənməsində hər kəsdən daha çox maraqlı olmalıdır".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib. Millət vəkili daha sonra fikrini belə ifadə edib:

"Laçın-Xankəndi yolundakı vəziyyətə gəlincə, Prezident İlham Əliyev bir daha hər hansı blokadadan söhbət getmədiyini diqqətə çatdırdı. Dekabrın 12-dən bu günə qədər 2500-dən çox yük maşını və Qırmızı Xaç Komitəsinin maşınlarının keçməsi reallığı Ermənistanın məqsədli şəkildə yaydığı dezinformasiyaları da kölgədə qoydu. Blokada kimi cəfəng iddiaların Azərbaycana qarşı əsassız ittiham olduğu bəyan edildi. Dövlət başçımızın fikirlərindən də aydın olur ki, bütün görüşlərdə bu mövqe beynəlxalq ictimaiyyət tərəfindən anlayışla qarşılanır. Ən əsası, Avropa İttifaqı da rəsmi Bakının mövqeyini anlayır. Münxen görüşlərində bir daha Azərbaycana məxsus yataqların qanunsuz istismarının dayandırılmasının vacibliyi gündəmdə oldu. Tələb kifayət qədər anlaşılandır – ekoloji terrora son qoyulmalıdır".

Könül Nurulıayeva onu da qeyd edib ki, Münxendə keçirilən görüşdə əsas yeniliklərdən biri də sərhəddə Ermənistan və Azərbaycanın ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrinin yaradılması ilə bağlı təklifdir:

"Rəsmi Bakı Münxen platformasında bir daha bu təklifi səsləndirdi. Avropa və ABŞ-da bu təklifin məntiqli hesab olunduğu bir daha qətişləşdi. Ermənistan tərəfinin də bu məsələyə müsbət yanaşması qaçılmazdır. Çünki dövlət başçımızın da söylədiyi kimi, sərhədlərin delimitasiyası bunu şərtləndirir.

“Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır. Bu gün Dövlət katibi Blinkenin iştirakı ilə keçirilən görüşdə mən bunu rəsmən təklif kimi irəli sürdüm. Ermənistan tərəfindən cavab gözləyəcəyik” deyə Prezdient İlham Əliyev bəyan etdi. Ermənistan bu təklifə nə qədər tez cavab versə, bir o qədər prosesdən az zərərli çıxar".

Ruhiyyə
Xəbəri paylaş