Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə Gənclik Fondu 81 şəhərdəki nümayəndəliklərində toplanan yardımları zəlzələ bölgəsinə çatdırır

Türkiyə Gənclik Fondu 81 şəhərdəki nümayəndəliklərində toplanan yardımları zəlzələ bölgəsinə çatdırır


Türkiyədə mərkəzi Kahramanmaraş olan və 10 şəhərdə böyük dağıntılara və çoxsaylı insan tələfatına səbəb olan zəlzələlərdən sonra digər QHT-lər kimi Türkiyə Gənclik Fondu da (TÜGVA) 81 şəhərdəki nümayəndəliklərində topladığı yardımları AFAD-ın koordinasiyası ilə ehtiyac olan bölgələrə çatdırır.

Newscenter.az Türkiyənin Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, zəlzələnin ilk günündən sahədə olan 12 min nəfərdən ibarət könüllü dəstələr həm zəlzələ bölgələrində, həm də yardım toplama mərkəzlərində fəaliyyətlərdə iştirak edirlər.

Zəlzələ qurbanlarına içərisində adyal, quru yemək, geyim, gigiyenik məhsullar, elektrik materialları, qızdırıcı, çadır, şərf, papaq, uşaq qidası və s. olan çox sayda yardım çatdırılıb.

Kahramanmaraş, Hatay, Adıyaman və Malatya şəhərlərində “TÜGVA Dəstək Mərkəzi” yaradılıb.

Yardım mərkəzlərinə gəlmə imkanı olmayan vətəndaşlar üçün isə Hatay, Adıyaman, Maraş və Malatyada 41 “TÜGVA Dəstək Mobil Market” fəaliyyətə başlayıb.

Kahramanmaraşda qurulan “Gigiyena məntəqələri” və “Əczaçılıq çadırı” zəlzələ qurbanlarının əsas ehtiyaclarını qarşılamağa davam edir.

Vətəndaşların xüsusilə şarj ehtiyaclarını ödəmək üçün TÜGVA-nın “Səyyar İcathane” maşını “Enerji Nöqtəsi”nə çevrilib. Generatorlu yük maşını sayəsində zəlzələdən zərər çəkənlər telefonlarını enerji ilə doldurub yaxınları ilə əlaqə saxlaya bilirlər.

Uşaqlar üçün “Ana Uşaq” çadırında oyun meydançası qurulub, psixososial dəstək göstərilir.

Zəlzələ zonasının ətraf əyalətlərində yerləşən Sivas, Kayseri, Adana, Konya, Trabzon, Qars, Antalya, Sinop, Samsun və Kastamonu şəhərlərində 7/24 çay, sendviç, isti şorba və isinmə xidmətləri göstərən TÜGVA yataqxanaları hazırda 1800-dən çox zəlzələ qurbanına ev sahibliyi edir.

Mehman
Xəbəri paylaş