Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Naxçıvan iqtisadiyyatı üçün 11 prioritet sahə müəyyən edilib

Naxçıvan iqtisadiyyatı üçün 11 prioritet sahə müəyyən edilib


"2023-2027-ci illəri əhatə edən yeni sosial iqtisadi inkişaf planında Naxçıvan iqtisadiyyatı üçün 11 prioritet sahə müəyyən edilib. Bu prioritetlər üzrə hədəflərə nail olmaq üçün nəzərdə tutulan tədbirlər planına 81 tədbir daxil edilib.
Amma bu tədbirlər və tədbirlərin nəticəsində əldə edilən göstəricilər (nəticə indikatorları) illər üzrə öz əksini tapmayıb, ilkin, aralıq və yekun indekatorlar olaraq qeyd edilib".

Newscenter.az xəbər verir ki, bu fikirləri iqtisadçı Eldəniz Əmirov səsləndirib. O bildirib ki, Azərbaycanın 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının Tədbirlər Planında isə bu detallar daha dəqiq göstərilmişdir:

"Amma Naxçıvanla bağlı planda fərqli yanaşmanın olması əslində başa düşüləndir. Çünki, bu Planın həyata keçirilməsi üçün kənar amillərin rolu hədsiz böyük olacaqdır. Bura Ermənistanla münasibətlərin perspektivi, İranla münasibətlər, Zəngəzur dəhlizinin salınması müddəti və şərtləri, ümumiyyətlə gözlənilən sülh sazişinin şərtləri və bu şərtlərə əməl edilmə parametrləri, Türkiyənin Naxçıvan üzərindən Orta Asiyaya çıxışı və s. kimi bir çox xarici amillərin rolu olacaqdır".

Eldəniz Əmirov deyib ki, inkişafa dair digər dövlət proqramlarından bir fərqi isə Proqram daxilində GZİT təhlilin yerləşdirilməsidir:

"Əslində hər bir proqram hazırlanmazdan əvvəl bu təhlil aparılır, sadəcə proqram daxilinə salınmırdı. Yeri gəlmişkən təhlilinin “G” hissəsində güclü tərəf kimi əsasən təbii amillər göstərilib, bu həqiqətən də belədir. Oranın güclü tərəfi məhz təbii faktorlarla bağlıdır. Amma göstərilən təhlükələr arasında ən böyük təhlükə qeyd edilməyib. Naxçıvanın sərhədlərinin uzunluğu 465 km-dir ki, onun 450 km-i Naxçıvana xor baxanlarla əhatələnib. Aydın məsələdir ki, bunun siyasi factor olması səbəbindən Proqramda əksini tapması mümkün deyildir. Amma reallıqda bunu bilməliyik ki, Naxçıvanın inkişafına mane olan təhlükələr arasında bu “450 km” amil öndə gəlir".

Sonda iqtisadçı onu da qeyd edib ki, bu proqramda ən bəyəndiyim hissə 1-ci prioritet üzrə 1-ci tədbirdir:

"Bu Azad İqtisadi Zonanın (AİZ) yaradılmasıdır. Əgər bu AİZ yaradılandan sonra idarəçiliyini dövlət əlində saxlamayıb, dünyada böyük nüfuza malik beynəlxalq subyektlərdən birinə verərsə, beynəlxalq təcrübəyə uyğun məhkəmə-hüquq sistemi qurularsa bu zaman bura xarici investorların üztutması və AİZ uğur qazanması daha real olar. AİZ uğurlu fəaliyyəti isə bu Dövlət Proqramının icrasına ciddi töhfə verə bilər".

Anar Əliyev
Xəbəri paylaş