Türkiyə yeni dönəmdə də Avropa Birliyinə tamhüquqlu üzv olmaq istiqamətində fəaliyyətini davam etdirəcək. Hər halda prezident seçkilərindən sonra yeni formalaşmış hökumətin qarşısında duran vəzifələr sırasında bu məsələnin prioritet təşkil etməsi belə deməyə əsas verir. Bəs görəsəm, Ankara buna nail ola biləcəkmi?
Politoloq Yusif Bağırzadə Newscenter.az-a bildirib ki, bu məsələ hər zaman Avropada ən problemli mövzulardan biri olub. Onun sözlərinə görə, Türkiyənin Avropa İttifaqına üzvlüyü məsələsi 31 iyul 1959-cu ildə Avropa İqtisadi Birliyinə göndərdiyi rəsmi əməkdaşlıq müraciəti ilə başlayıb:
"Daha sonra bu məsələ 12 sentyabr 1963-cü ildə Ankarada müvəqqəti əməkdaşlıq müqaviləsinin imzalanması, Türkiyənin 1 yanvar 1996-cı ildə Gömrük İttifaqına qoşulması və 11 dekabr 1999-cu ildə Helsinki Zirvəsində namizədliyinin rəsmi olaraq təsdiqlənməsi ilə davam etdi. Keçən müddət ərzində Avropa Birliyi və Türkiyə arasında dəfələrlə üzvlüklə bağlı müzakirələr həyata keçirilib. Lakin bü müzakirələr son mərhələdə ayr-ayrı Avropa Birliyi dövlətlərinin bəhanələri sayəsində nəticəsiz qalıb və tamamilə dondurulub. Bu gün Türkiyə rəsmi namizəd olduqdan sonra Avropa İttifaqı tərəfindən ən çox gecikdirilən ölkədir".
Politoloq deyib ki, Türkiyənin indiki mərhələdə quruma qəbulu üçün Aİ üzvlərinin hamısının yekdil qərar qəbul etməsi lazımdır:
2Bu isə indiki mərhələdə elə də inandırıcı görünmür".
Anar Əliyev