“Azərbaycana qarşı Qərb təşkilatlarının və bəzi dövlətlərininn qərəzli və həqiqətdən uzaq, ikili standartları ehtiva edən bəyanatlarını və mövqelərini zaman-zaman eşitmişik. Erməni məsələsinə bu qədər həssas yanaşılması da təəccüb doğurur”.
Newscenter.az xəbər verir ki, bu fikirləri AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu səsləndirib. Onun sözlərinə görə, halbuki 1988-ci ildə 200 mindən çox azərbaycanlılar öz doğma əzəli torpaqlarından Ermənistandan silah gücünə deportasiya olundular:
“Min bir əziyyətə, zülmə məruz qaldılar. Ermənilər onların başına gətirmədikləri vəhşiliklər, işgəncələr qalmadı. Ermənistandan deportasiya olunan 200 mindən artıq yerli Azərbaycan-türk sakinlərinin bütün ağırlığını və yükünü xaricdən bir qəpik maddi yardım almadan Azərbaycan dövləti təkbaşına çəkdi. Eynən Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində bir milyon vətəndaşımızın öz yurd yuvasından qovulmasına da dünya birliyi göz yumdu. 30 il susqunluq nümayiş etdirdi”.
AMİP rəsmisinin sözlərinə görə, həmin BMT, həmin Qərb dövlətləri maraqlanmadı ki, 1 milyondan çox insan nədən qaçqınlıq və məcburi köçkün edildilər, onların sonrakı taleyi necə oldu:
“Yəni bu beynəlxalq aləmin dini, milli və etnik ayrı seçkiliyinin görünməmiş daha bir əyani nümunəsidir. Qarabağ bölgəsini dövlətin təhlükəsizlik və hüquqlarına təminat verməsinə baxmayaraq könüllü surətdə tərk edən 20-30 min erməniyə belə diqqət və qayğı göstərilməsi əlbbətə ki, heyrət doğurmaya bilməz. Dəfələrlə deyilməsinə rəğmən Azərbaycanın daxili məsələlərinə xarici güclərin müdaxilə cəhdləri yolverilməzdir. Lakin bəzi beynəlxalq güclərin cənfəşanlığı anlaşılan deyil”.
Anar Əliyev