Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycana qarşı qəbul etdiyi qətnamə ilə öz qərəzli mövqeyini nümayiş etdirən Avropa Parlamenti

Azərbaycana qarşı qəbul etdiyi qətnamə ilə öz qərəzli mövqeyini nümayiş etdirən Avropa Parlamenti


Azərbaycana qarşı qəbul etdiyi qətnamə ilə öz qərəzli mövqeyini nümayiş etdirən Avropa Parlamenti növbəti dəfə öz ənənəsinə sadiq qaldığını göstərdi.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Jalə Əhmədova səsləndirib. Millət vəkili bildirib ki, beynəlxalq hüquqa, ədalət prinsiplərinə deyil, ikili standartlara üstünlük verən Avropa Parlamentinin heç bir fakta söykənmədən qəbil etdiyi bu sənədin açıq-aşkar Fransanın diqtəsi ilə hazırlandığı hər birimizə məlumdur:

"Ermənistanın işğalçı siyasətinə 30 il ərzində göz yuman Fransa və Avropa Parlamenti bu gün Qarabağda beynəlxalq hüquq və normaların pozulmasından danışa bilməzlər. Çünki Azərbaycanın terrora və separatizmə qarşı həyata keçirmiş olduğu və uğurla başa çatdırdığı lokal xarakterli antiterror tədbirləri zamanı yalnız legitim hərbi obyektlər məhv edilib. Azərbaycan humanizm prinsiplərinə sadiqliyini bu əməliyyatlar zamanı da nümayiş etdirib və qətnamədə qeyd edildiyi kimi mülki əhaliyə qarşı hər hansı bir zorakılıq əməlləri tətbiq edilməyib. Qətnamədə deyildiyi kimi, bölgədə nə ermənilər zorla qovulub, nə də etnik təmizləmə baş verib!".

Deputat daha sonra bunları qeyd edib:

"Görəsən Avropa Parlamenti 33 il əvvəl məhz Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləməni görməmişdi? Təbii ki, görmüşdü, sadəcə erməni lobbisinə yararlanmaq üçün susmuşdu! 100 minlərlə azərbaycanlının əsrlər boyu yaşadıqları öz yurd-yuvalarından qovulmasını, hüquqlarının pozulmasını, yüzlərlə insanın qətlə yetirilməsini “görməyən” Avropa Parlamenti bu günə qədər azərbaycanlıların hüquqlarının pozulması ilə bağlı hər hansı bir qərar qəbul etməyib. Və bu gün xatırlayıb ki, insan haqları, hüquq və azadlıqları deyilən bir meyarlar var...

Avropa Parlamenti də, Fransa da bilsinlər ki, 30 il Ermənistanın işğalçılıq siyasəti ilə təkbaşına mübarizə aparmış Azərbaycan öz ərazisini, əzəli torpaqlarını işğaldan azad edib və bu gün regionda sülhün və sabitliyin bərqərar olunmasına çalışır. Yaxşı olardı ki, onlar Azərbaycan və Ermənistan arasında gərginliyi artırmaq yox, iki ölkə arasında sülhün bərqərar olunmasına çalışsınlar".

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş