Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda 7 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Bakıda 7 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb


Xəzər rayonunda polisin keçirdiyi əməliyyatlar zamanı 7 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının sentyabr ayı ərzində həyata keçirdikləri əməliyyatlar zamanı rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 41, satışının təşkil edilməsi ilə əlaqəli 4 fakt aşkar edilib. Qeyd edilən cinayətlərdə şübhəli bilinən ümumilikdə 23 nəfər saxlanılaraq məsuliyyətə cəlb edilib.

Onlardan 5 kiloqram narkotik vasitə heroin, həmçinin 2 kiloqrama matemfetamin və marixuana aşkar edilib. Saxlanılanlar narkotikləri paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Xəzər rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.



Mehman Mehdiyev
Xəbəri paylaş