"Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə başdan ayağa qədər qərəz və saxta arqumentlər əsasında qəbul edilib".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, Azərbaycan hökuməti haqlı olaraq bu qərəzli qətnaməni pisləyən bəyanat yayıb:
"Çünki, qətnamədə Azərbaycana qarşı heç bir əsası olmayan, küstah və ikili standartlara söykənən sənəd qəbul edilib. Sənəddə "deportasiya", "etnik təmizləmə", "mülki əhaliyə qarşı zor tətbiqi" və Azərbaycanın antiterror əməliyyatlarına "Azərbaycanın təcavüzkar siyasəti" kimi don geydirməyə çalışılır və belə bir ədalətsiz qətnamə yalnız və yalnız böhtan xarakterli hesab edilməlidir. Bütün bunlarla yanaşı Qarabağda separatizmin başında duran və qanunsuz olaraq hökumət quranlara, Azərbaycan xalqına qarşı illərlə cinayət hadisələri törədən şəxslərin həbsinə son qoymağa və həbs edilənlərin isə azad edilməsi tələb olunur".
Ekspert deyib ki, qətnamə konkret olaraq Azərbaycana qarşı aparılan çirkin planların təkib hissəsi hesab olunmalıdır və qətnamənin demək olar ki, hər bəndində qərəzli mövqe açıq şəkildə ifadə edilir:
"Qətnamədə yer alan iftiralar, iradlar, tövsiyə olunanlar birlikdə Azərbaycana qarşı başladılan təzyiq demarşı hesab etmək olar. Amma, Azərbaycan dövlətinin də kifayət qədər əlində əsasları var və dövlətimiz bütün zəruri tədbirləri öncədən alaraq, beynəlxalq hüquq çərçivəsində norma və prinsiplərə uyğun olaraq bütün tədbirləri almışdır. Azərbaycan dövlətinin əlində olan faktlar bizə əsas verir ki deyək, Avropa Parlamentinin qəbul etdiyi qətnamə heç bir əsasa söykənmədiyi üçün belə bir qətnamənin yalnız qərəzdən ibarət olduğunu göstərir".
Anar Əliyev