Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya MN-in nümayəndə heyəti sülhməramlıların Qarabağdan çıxması tarixini müzakirə etmək üçün Ermənistana gedir

Rusiya MN-in nümayəndə heyəti sülhməramlıların Qarabağdan çıxması tarixini müzakirə etmək üçün Ermənistana gedir


Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş sülhməramlıların regiondan çıxması müddətini müzakirə etmək məqsədilə oktyabrın 6-da İrəvana səfər edəcək.

Newscenter.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, nümayəndə heyətinin keçirəcəyi görüşdə sülhməramlıların regiondan çıxması müddəti konkret olaraq müzakirə ediləcək.

Qeyd edək ki, 2020-ci il 10 noyabr üçtərəfli bəyanatına əsasən, Rusiya sülhməramlıları Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti olaraq 5 il müddətinə yerləşdirilib.(report)
Xəbəri paylaş