Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanda silahlı insidentlər olub, xəsarət alanlar var

Ermənistanda silahlı insidentlər olub, xəsarət alanlar var


Ermənistanda iki silahlı insident olub, xəsarət alanlar var.

Newscenter-az-ın məlumatına görə, bu barədə “Shamshyan.com” xəbər yayıb.

Qeyd edilir ki, hadisələrdən biri dünən axşam saatlarında paytaxt İrəvanda baş verib. Atışma zamanı 25 yaşlı gənc xəsarət alıb.

Polis zərərçəkənin harada, hansı şəraitdə güllə yarası aldığını araşdırır və onun şəxsiyyətini də müəyyənləşdirir.

Daha bir silahlı insident Araqats (Alagöz) vilayətinin Aparan (Baş Abaran-red) rayonunda qeydə alınıb. İnsident zamanı 1 nəfər yaralanıb.

Hadisənin təfərrüatı açıqlanmır.

Anar Tağıyev
Xəbəri paylaş