Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsrail dövləti öz ərazisini və vətəndaşlarının təhlükəsizliyini qorumağa məcburdur

İsrail dövləti öz ərazisini və vətəndaşlarının təhlükəsizliyini qorumağa məcburdur


"Bu gün səhər saatlarında Qəzza zolağında olan radikal “Həmas” Qruplaşması tərəfindən İsrail ərazisinə raket zərbələri endirilib. Təl-Əviv də daxil olmaqla raketlərin İsrailin cənub və mərkəz rayonlarına düşməsi nəticəsində mülki əhali içərisində çoxlu sayda ölən və yaralananların olduğu bildirilir. Hətta “Həmas” silahlılarının İsrail ərazisinə daxil olaraq, bir sıra hərbi və infrastruktur obyektlərinə hücum etdikləri ilə bağlı da məlumatlar var.

Nəticədə İsrail Müdafiə Qüvvələri bu gün Qəzza zolağından atılan kütləvi raket atəşi fonunda müharibə hazırlığı vəziyyəti elan edib və ehtiyatda olan hərbçilərin hərbi xidmətə çağırılması barədə göstəriş verib".

Newscenter-az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, 2007-ci ildən etibarən Qəzza zolağına nəzarət edən Həmas İsrailə qarşı “Əl-Əksa tufanı” adlı əməliyyata başladığını bildirib:

" İranın dəstəklədiyi “İslami cihad” silahlı təşkilatının rəhbərliyi də “Əl-Əksa” əməliyyatına qoşulduğunu açıqlayıb. Məlumata görə, Qəzza zolağından 20 dəqiqə ərzində İsrailə 5000 raket buraxılıb.
Qeyd edim ki, Həmas indiyədək Avropa İttifaqı, ABŞ, Kanada, Yaponiya, İsrail tərəfindən terrorçu təşkilat kimi tanınıb. İordaniyada isə bu təşkilatın fəaliyyəti qadağan edilib".

Politoloq deyib ki, İsrail dövləti dünyada ən çox terrora məruz qalan ölkələrdən biridir və dost İsrail dövlətinə və xüsusilə də mülki insanlara qarşı həyata keçirilən bu hücum təbii olaraq narahatlıq doğurur:

"Mən fürsətdən istifadə edərək İsrail xalqına başsağlığımı çatdırır və tez bir zamanda dinc həyatın bərpa olunmasını arzulayıram.

Ümumiyyətlə isə Həmas quruplaşmasnını birbaşa İran rejiminin nəzarəti altında olduğunu nəzərə alsaq deyə bilərik ki, bu hücumlar Yaxın Şərq regionunda vəziyyəti kəskin şəkildə pisləşməsinə səbəb olacaq.
Sözsüz ki, İsrailin terrorçulara qarşı mübarizə aparmaq‚ ərazi bütövlüyünü və vətəndaşlarını qorumaq haqqı və hüququ vardır. Həmçinin İsrail dövləti öz ərazisini və vətəndaşlarının təhlükəsizliyini qorumağa borcludur. Bu səbəbdən də istənilən hərbi əməliyyatı keçirtmək‚ ərazisinə hücum edən silahlı birlikləri zərərsizləşdirmək İsrail dövlətinin beynəlxalq qanunlarla tənzimlənən hüququdur və onlar da bu hüquqdan istifadə edirlər".

NEWSCENTER.AZ
Xəbəri paylaş