Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yaxın Şərq müharibə astanasındadır

Yaxın Şərq müharibə astanasındadır


Hindistandan başlanan yeni nəqliyyat marşrutunun elan edilməsindən qısa zaman keçmədən İsrail, ümumiyyətlə isə, Yaxın Şərqdə müharibənin başlayacağı proqnoz edilirdi. Bu, ya marşrutun qarşısını almaq, ya da marşrutun keçəcəyi yolu birdəfəlik təmizləmək məqsədi güdə bilərdi.

İsrailə "Həmas" terrorçularının hücumu onu deməyə əsas verir ki, iki şərtin ikisi də birdən başlanılıb. İran "Həmas"ın əli ilə marşrutun qarşısını almaq üçün təxribata əl atıbsa, İsrail məqsədli şəkildə provakasiyaya şərait yaratmaqla marşrutun keçəcəyi əraziləri birdəfəlik təmizləmək üçün əməliyyata hazırlaşır.
Yaxın Şərq müharibə astanasındadır. Bu, artıq həlledici mərhələdir. Tərəflər İsrail-Fələstin probleminin həll edilməsi üçün sonuncu dəfə

döyüşəcəklər. Hesab etmək olar ki, İsrail yeni beynəlxalq marşrutun öz ərazisindən keçməsi məsələsini asan kimsəyə verməyəcək.

Təklif olunan dəhliz layihəsi Hindistandan BƏƏ-yə qədər uzanacaq, daha sonra Səudiyyə Ərəbistanı, İordaniya və İsraildən keçərək Avropaya birləşdiriləcək. Layihə Hindistandan yüklənən malların İsrail və Yunanıstan limanları vasitəsilə Avropaya daha sürətli göndərilməsini nəzərdə tutur.

Azər Qasımov-politoloq
Xəbəri paylaş