Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BMT-nin İnformasiya Mərkəzi rəhbərliyində dəyişiklik olub

BMT-nin İnformasiya Mərkəzi rəhbərliyində dəyişiklik olub


BMT-nin Bakıdakı İnformasiya Mərkəzinin rəhbərliyi və BMT-nin Qlobal Kommunikasiyalar Departamentinin ölkə üzrə təmsilçiliyində dəyişiklik olub. Newscenter.az xəbər verir ki, yeni təyinatı ilə əlaqədar bu vəzifədən ayrılan Rəşad Hüseynovu bu ilin sonuna kimi Suheylə Cəfərova əvəz edəcək.

Qeyd edək ki, Rəşad Hüseynov Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İstanbuldakı Regional Ofisinə kommunikasiya məsələləri üzrə məsul şəxs vəzifəsinə təyin olunub (Communications Officer). Bu vəzifədə o, ÜST-nin Mərkəzi Asiya regionunda kommunikasiya fəaliyyətini əlaqələndirəcək.

Rəşad Hüseynov 2017-ci ilin avqust ayından BMT-nin İnformasiya Mərkəzinə rəhbərlik edib. Bundan öncə isə o, ATƏT-in Vyanadakı baş qərargahında media məsələləri üzrə mütəxəssis və illik hesabatın redaktoru, ATƏT-in Bakı Ofisinin mətbuat xidmətinin rəhbəri, habelə İsrailin Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr departamentinin direktoru vəzifələrində çalışıb. Peşəkar fəaliyyətə media sahəsində başlayan Rəşad Hüseynov müxtəlif TV və qəzetlərdə müxbir, redaktor və xəbər aparıcısı kimi çalışıb.

BMT-nin İnformasiya Mərkəzinə yeni təyin olunmuş Süheylə Cəfərova isə bu təyinata qədər Bakcell şirkətində Korporativ Kommunikasiyalar üzrə direktor vəzifəsində çalışıb. O, Dünya Bankında, BMT-nin Əhali Fondunda, Beynəlxalq Miqrasiya Təşkilatında, BMT-nin İnkişaf Proqramında və digər təşkilatlar və diplomatik missiyalarda kommunikasiya strategiyalarının qurulması sahəsində konsultant təcrübəsinə malikdir. Suehylə Cəfərova həmçinin bir sıra dövlət qurumları və qlobal brendlərə kommunikasiyaların idarə olunması üzrə məsləhətçi xidməti göstərib.

Anar Əliyev
Xəbəri paylaş