Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Həmas" "Artsax" kimi səhv etdi

"Həmas" "Artsax" kimi səhv etdi


Bax, xeyli oxşar hadisədir bu. Gül kimi "Dağlıq Qarabağ" muxtar vilayətləri vardı, müstəqil də yaşayırdılar. Azlıq etdi, cəmi 140 minlik erməni yaşayan (ortabab Azərbaycan rayonu boyda!) məkanı dövlət eləmək istədilər. Terrora, işğala, qan-qırğına əl atdılar. Axırda, həddi aşdılar və daha 7 rayon götürüb 1 mln camaatı qovdular.

Zaman yetişdi, Azərbaycanın artıq səbri daşıb dönüb, bunlara sərt şapalağı ilişdirdi. Əzildilər, döyüldülər, qovuldular, bitdi. Dövlət istəyirdilər, Muxtar da getdi. It də getdi, ip də getdi... İndi Qorisdə, çölün düzündəki palatkalarda oturub ağlaşırlar, vaay, bu nə iş idi düşdük? Tamah işi!

İndi də bu Fələstinlilər yaşadığı yerin bir tərəfi əla dənizdir. Və yaxşı pul gətirən kurort yeridir, çalışıb da avaraçlııq etməyib, zəhmət çəkib də düzəltsələr. Muxtar statusları da vardı. Dedilər, yoox. Gərək israilliləri qırlb qovub böyük dövlət quraq. Halbuki o, kiçik yerdə bir şey qurmurlar. Çünki, iş-peşələri, vəhşi qaraçılıq, dava-qırğın!

Ağıl da yoxdur, düşünsünlər ki, İraillə İran kimi böyük dövlətlər çiling-ağac oynamır... Hücum edirlər hər fəsildə ağır cavab alırlar, görk olmur. Axırda, bu gün həddi aşdılar, ağılsız basqılar və vəhşilikləri ilə yaşayış məntıqələrinə. 300 nəfər israillini qadın, uşaq, qoca öldürüblər. 34 gənc qızı zorlayıb öldürüblər, üstəlik də soyundurub video çəkib. 2000-dən çox raket atıblar şəhər, binaları dağıdıblar. Bu artıq, səbri daşırmaqdır.

İndi isə, İsrail qoşunu şiddətli hücumla Fələstin ərazisinə keçib. Aviasiya, raketlər, tanklarla. Bu saat qırırlar Həması. Bu səhər, bayram fişəng atıb sevinən İran, Suriya, İordaniya, indi yaşda, ağlaşmadadır. 2-3 günə də Fələstin tamamilə yerlə-yeksan edilib, təmizlənəcək Həmasdan. Ta, minlərlə Həmasçı öldürülüb, bitirilməyincə.
Sonra da, Fələstini zəbt etdirib, itirib, çöllükdə oturub ağlaşma quracaqlar, bu nə idi, düşdük, hər şeyi itirdik, Eynilə, bu saat Qorisdə oturub göynəyən "Artsaxçılar" kimi. Vəhşi artıq-tamah. Millət də insan kimidir, çünki insandan yaranır, formalaşır. Və baş qaçanda, millətinki də qaçır!

İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri
Xəbəri paylaş