Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Penitensiar xidmətin şəxsi heyətin peşəkarlığının artırılması Mirsaleh Seyidovun rəhbərliyi ilə daim diqqət mərkəzində saxlanılır

Penitensiar xidmətin şəxsi heyətin peşəkarlığının artırılması Mirsaleh Seyidovun rəhbərliyi ilə daim diqqət mərkəzində saxlanılır


Şəxsən mənim üçün peşəkarlıq yalnız fərdi qabiliyyətlərin və təcrübi fəaliyyətin birgə nəticəsi demək deyildir. Peşəkarlıq - məşğul olduğun sahədə işi yüksək səviyyədə təşkil etmək, lazımi biliklərə, nəzəri və praktiki hazırlığa malik olmaq, problemləri görmək və onları aradan qaldırmağı bacarmaq, həlli vacib olan məsələləri dəqiq müəyyənləşdirib yerinə yetirmək, müasir iş metodlarına yiyələnmək və onları praktiki fəaliyyətdə tətbiq etmək, xidməti vəzifələrin icrasına vicdanla, böyük məsuliyyətlə yanaşmaqdır. Bu baxımdan, Penitensiar xidmətin şəxsi heyətin peşəkarlığının artırılması cənab Nazir Müavini Mirsaleh Seyidovun rəhbərliyi ilə daim diqqət mərkəzində saxlanılır. Əslində, peşəkarlıq olmayan yerdə uğurlu fəaliyyətdən də danışmaq mümkün deyildir.

Hazırda cənab Nazir müavini Mirsaleh müəllimin təşəbbüsü və gecə-gündüzlü zəhməti nəticəsində müasir standartlar səviyyəsində təşkilinə yönəlmiş islahatlar və inkişaf dövrünü yaşayan Penitensiar xidmət üçün qanunun aliliyinin təmin edilməsi, insan faktoru, cinayətkarlığa qarşı mübarizənin uğurla aparılması əsas prioritetlərdir. Bu sahədə sistemli şəkildə təşkilati-əməli iş həyata keçirilir, o cümlədən müasir və təkmil yeniliklər tətbiq edilir, əməkdaşların həm peşəkarlıq səviyyəsinin artırılması, həm də mənəvi yetkinləşməsi üçün müvafiq tədbirlər görülür.

Son bir necə ay ərzində şəxsən Mirsaleh müəllimin təşəbbüsü ilə insan hüquq və azadlıqlarının qorunması sahəsində fəaliyyətin yüksələn xətt üzrə inkişaf etməsi artıq faktdır. Əldə olunan uğurlar isə biz ədliyyə işçilərində nəinki arxayınçılıq yaratmır, əksinə, onların qorunub saxlanılması və artırılması yönümündə bütün şəxsi heyyət böyük səylə çalışırlar. Cənab Nazir müavini Mirsaleh Seyidovun qarşıda qoyduğu məqsədlərə nail olmaq üçün kifayət qədər potensialımız, peşəkar kadr heyətimiz, mükəmməl maddi-texniki bazamız vardır.

Mirsaleh müəllimin təcrübəli, prinsipial və bacarıqlı rəhbərliyi ilə qazanılan hər bir müsbət təcrübə, əldə olunan nailiyyət hökmən gələcək nəsillərə ötürülməli, onun xidmətə rəhbərliyi ərzində yaranmış şanlı ənənələr yaşadılmalıdır. Danılmaz faktıdr ki, Mirsaleh müəllim gənc əməkdaşlara yalnız rəis kimi deyil, böyük həyat və iş təcrübəsi əldə etmiş bir müəllim olaraq da yanaşır, peşəkar rəhbər olaraq öz təcrübəsindən gənc əməkdaşlara öyrətməklə yanaşı, işdə və davranışda onlara nümunə simvoluna cevrilmişdir. Peşəkar rəhbər və əməliyyatçı olaraq cənab Nazir müavini bilik və bacarığı ilə bütün əməkdaşların həvəs və enerjisi harmonik şəkildə uzlaşmış, yüksək professionallığa malik kadr özəyi yaratmağa müvəffəq olmuşdur.

Cənab Nazir müavini Mirsalah Seyidovun Penitensiar xidmətə rəhbər təyin edildikdən sonra əməkdaşlarımızın xarici dövlətlərdə təhsil almalarına da önəm verirlir. Onlarla əməkdaşımız dünyanın ən məşhur ali məktəblərindən biri olan Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Hüquq və İdarəetmə Akademiyasında müvafiq ixtisaslar üzrə biliklərini təkmilləşdirlməsinə uzun illər fasilədən sonra şərait yaradılmışdır.

Nazir müavininin hər bir əməkdaş qarşısında qoyduğu başlıca vəzifələrindən biri ədliyyə işçisi qanunçuluğa riayət etməli, mədəniyyəti, nəzakətli davranışı ilə nümunə olmalı, hər bir hərəkətinin arxasında dövlətin nüfuzunun, imicinin dayandığını dərk etməlidir. Xidməti borca sadiq olmalı, əzm və fədakarlıqla çalışmalı, cəmiyyətdə nüfuzunun, ona olan inamın artırılması üçün biliyini, qüvvə və bacarığını əsirgəməməlidir. Daim axtarışda olmalı, öz üzərində işləməli, təcrübəli əməkdaşlardan öyrənməli, qanunvericilik aktlarını, cinayətkarlıqla mübarizəyə dair beynəlxalq sənədlərin tələblərini dərindən bilməlidirlər.

Əli İbrahimov-hüquqşünas
Xəbəri paylaş