Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları daha iki daimi müşahidə məntəqəsini bağlayıb.
Newscenter.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, gün ərzində iki müşahidə məntəqəsi bağlanıb.
Xatırladaq ki, Rusiya sülhməramlıları oktyabrın 6-da 3, 7-də daha bir müşahidə məntəqəsini bağlayıblar.
2020-ci il noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatına əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməli idi. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.
Anar TAGIYEV