Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı-İrəvan danışıqları Tbilisidə davam edə bilərmi?

Bakı-İrəvan danışıqları Tbilisidə davam edə bilərmi?


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana səfəri ərəfəsində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin məhz bu ölkədə imzalanacağına dair fikirlər səslənib. Görəsən, bu realdırmı? Bu arada onu da nəzərə almaq lazımdır ki, dövlət başçısı özü də Gürcüstandakı təmasları zamanı Bakı ilə İrəvan arasında danışıqların Tbilisidə keçirilməsi mümkünlüyü barədə danışıb.

Newscenter.az-ın xəbərinə görə, AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə deyib ki, prezidentin səfər çərçivəsində Azərbaycan-Ermənistan danışıqlarının Tblisidə keçirilməsini təklif etməsi Qərbə vasitəçi tərəf kimi inamsızlıq formalaşdırmasından irəli gəlir:

"Əlavə olaraq da Ermənistan rəhbərliyinin destruktiv mövqeyi və regiona üçüncü qüvvələri gətirmək cəhdləri ilə paralel dəyişən dünya nizamının yaratdığı reallıqların Cənubi Qafqaza təsirləri mövzusunda fikir mübadiləsinin aparılması müsbət addımdır. Hesab edirəm ki, hər iki liderin proseslərə eyni baxış bucağından baxmaq istəyi ölkələrimiz və xalqlarımız üçün gələcəyə yönəlik daha əlverişli zəmin formalaşdırır".

Anar Əliyev[b][/b]
Xəbəri paylaş