2023-2024-cü tədris ilində paytaxt üzrə 4 nəfər direktor, 7 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini və 2 nəfər uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı vəzifəsinə təyin olunub.
Newscenter.az bildirir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.
Qeyd olunub ki, həmin müddətdə Bakı şəhəri üzrə məktəblərdə 1 227 nəfər müəllim müddətsiz müqavilə ilə, 500 nəfər müəllim isə müddətli müqavilə ilə işlə təmin olunub.