Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dağıdıcı hücumlara cavab vermək İsrailin haqqıdır

Dağıdıcı hücumlara cavab vermək İsrailin haqqıdır


"Oktyabrın 7-də Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı tərəfindən İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyatların başlanması nəticəsində çoxsaylı insan ölümləri hər birimizi dərindən kədərləndirir. Çox təəsssüf ki, dünyada terror təşkilatı kimi tanınan “Həmas” xarici qüvvələrin təhriki və silahlı dəstəyi ilə İsrailə qarşı ağır raket zərbələri endirməklə bu qanlı savaşın başlanmasına rəvac verdi".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki Vaqif Abdullayev səsləndirib. O bildirib ki, dinc sakinlərin yerləşdiyi əraziləriə minlərlə raket zərbələrinin endirilməsi, inzibati binalar, mülki obyektlər, yaşayış məntəqələrinin hədəf alınması “Həmas”ın hansısa torpaq və azadlıq ruhundan deyil, birbaşa terrormu və dağıdıcı xislətindən doğan haldır və buna heç bir halda haqq qazandırmaq mümkün deyil:

"Yüzlərlə günahsız insanın ölümünə səbəb olan bu qanlı hücumları qətiyyətlə pisləyir, bölgədə müharibənin alovlanmasına dəstək verənləri və terror siyasətini genişləndirməyə çağırışları qətiyyələ pisləyirəm.

Əlbəttə, bu dağıdıcı hücumlara cavab vermək və öz ölkəsinin sakinlərinin və əsgərlərinin həyatını qorumaq İsrailin haqqıdır və qarşı tərəfin hədəflərinin darmadağın edilməsi anlaşılandır. Bütün suveren dövlətlər kimi İsrailin də sülh və təhlükəsizlik şəraitində yaşamaq hüququ vardır. Bu ölkəyə qarşı terror hücumlarına heç vaxt bəraət qazandırmaq mümkün deyil".

Vaqif Abdullayev deyib ki, 35 il erməni terrorundan əziyyət çəkən Azərbaycan dövləti və xalqı terrorçunun mahiyyətini çox yaxşı başa düşür, ona görə də bu çətin gündə İsrail ilə həmrəydir:

"Xüsusilə də Vətən müharibəsindən sonra baş verənlər Azərbaycanın əsil həqiqi dost və düşmənlərini üzə çıxardı. Ermənistan kimi terrorçu dövlətlə yanaşı, cənub sərhədlərimizdə dövlətçiliyimizə qarşı təxribatlar hazırlayanları da tanıdıq.

Necə ki, 35 ildə İsrail Azərbaycanın daim sonadək yanında oldu, işğalçı Ermənistanın faşizm siyasətini pislədi, haqq savaşında bizə dəstək verdi, bu sarsılmaz tarixi dostluğun ruhuna uyğun olaraq biz də eyni addımları atmalıyıq.
Regionda baş verən bir çox siyasi-hərbi proseslərə rəğmən, Azərbaycan və İsrail yaxın dost və strateji tərəfdaş kimi illərdir bu, möhkəm qardaşlığıq qoruyub saxlayır və sadiq müttəfiqdirlər".

Vaqif Abdullayev sonda bunları qeyd edib:

"Sonda bu müharibənin daha tez bir zamanda bitməsini istəyir, bölgədə dayanıqlı sülh və dinc dostluq yaşayışı mühüitinin təmin edilməsini arzulayıqam.

Amansız hücumlarda həyatlarını itirmiş şəxslərin ailələrinə və yaxınlarına başsağlığı verir, yaralananlara isə şəfa diləyir, İsrail xalqına səbr arzulayıram".

Anar Əliyev
Xəbəri paylaş