Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin lideri Mahmud Abbasla telefon danışığı aparıb.
Newscenter-az xəbər verir ki, onlar İsrail və Fələstində baş verən hadisələr, o cümlədən bölgədəki gərginliyi müzakirə ediblər.
Ərdoğan Türkiyənin bölgədəki münaqişələrin tez bir zamanda sona çatması və sabitliyin təmin edilməsi üçün səy göstərdiyini diqqətə çatdırıb.(report)