Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlham Əliyevin Gürcüstana səfəri regional əməkdaşlığa fayda verəcək

İlham Əliyevin Gürcüstana səfəri regional əməkdaşlığa fayda verəcək


"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana səfəri təkcə Tbilisi ilə Bakı arasında əlaqələrə deyil, eyni zamanda regional əməkdaşlığa fayda verəcək".

Newscenter-az xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" ictimai birliyinin sədri Arzuman Muradlı dövlət başçısının Gürcüstana səfərini şərh edərkən səsləndirib. İctimai birlik sədri deyib ki, Tbilisi ilə Bakı arasında yeni regional əməkdaşlıq imkanlarını Zəngəzur dəhlizinin açılması fonunda görə bilərik:

"Sözügedən dəhliz Gürcüstanın mal və məhsullarının daha asan və sərfəli olaraq Avropaya, dünya bazarlarına çıxarılmasına imkan yaradacaq. Bu da öz növbəsində heç şübhəsiz ki, Gürcüstan iqtisadiyyatına öz müsbət təsirini göstərəcək".

Arzuman Muradlı deyib ki, Azərbaycanla Gürcüstanın bir sıra regional layihələrdə birgə iştirak təcrübəsi var və bu əməkdaşlıq ölkələr arasında əlaqələri daha da inkişaf etdirir:

"Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihələrini buna əyani sübut kimi göstərə bilərik. Məhz qeyd etdiyim layihələr Tbilisi ilə Bakı arasında əməkdaşlığı nəzərə çarpacaq dərəcədə inkişaf etdirib".

Anar Əliyev
Xəbəri paylaş