Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Rumıniyanın paytaxtı Buxarest şəhərinə rəsmi səfərə gəlib.
Newscenter.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Nümayəndə heyətinə Milli Məclisin Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev, qrupun üzvləri - parlamentin komitə sədri Musa Quliyev, deputat Aqiyə Naxçıvanlı və digər rəsmi şəxslər daxildirlər.
Buxarestin “Henri Koanda” Beynəlxalq Hava limanında nümayəndə heyətini Rumıniya Parlamenti Deputatlar Palatasının sədr müavini Vasile-Daniel Suşu, Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfov və digər rəsmi şəxslər qarşılayıblar.
Sona