Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünya birliyi Qəzzada yaşananlara göz yummamalıdır

Dünya birliyi Qəzzada yaşananlara göz yummamalıdır


"Bu gün Yaxın Şərqdə bir insanlıq dramı yaşanır. HƏMAS-ın İsrailə qarşı həyata keçirdiyi amansız terror hücumuna qarşı Təl-Əvivin Qəzzada başlatdığı əməliyyat yüzlərlə dinc sakinin həlak olması, yüz minlərlə fələstinlinin öz ev-eşiklərindən didərgin düşməsinə səbəb olub. İki tərəfin qarşıdurmasından isə əəziyyət çəkən sadə insanlardır. Ona görə də beynəlxalq aləm vaxt itirmədən Yaxın Şərqdə axan qanı durdurmalıdır".

Newscenter-az xəbər verir ki, bu "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. Analitik Qrup hesab edir ki, tərəflər arasında ən uyğun vasitəçi Türkiyə ola bilər və beynəlxalq birlik Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçilik təşəbbüsünə dəstək verərək tezliklə Yaxın Şərqdə silahların durması və tərəflərin danışıqlar masası ətrafında əyləşməsinə səy göstərməlidirlər:

"Əks təqdirdə müharibə arealı daha geniş müstəviyə keçəcək və bəşəriyyət üçün ciddi problemlərə yol açacaq".

Anar Əliyev
Xəbəri paylaş