Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünya böyük müharibənin astanasındadır

Dünya böyük müharibənin astanasındadır


Fələstin və İsrail arasında HƏMAS-ın vasitəsilə başlayan müharibə, Rusiya və Ukrayna arasında gedən acımasız müharibədən daha faciəvi və daha çox şiddətli şəkil almaqdadır.

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, Yaxın Şərqdə başlayan bu müharibə Qəzza və İsrail ərazilərindən daha geniş alanlara, qonşu ölkələrə sıçrayaraq, savaşın masştabını və həmçinin də ətraf ölkələrə təsirini göstərə bilər:

"Burada xüsusi olaraq Suriya ərazilərini qeyd etmək lazımdır, çünki, güclərin toqquşması üçün ən əlverişli ərazi hesab olunduğu üçün yaxın gələcəkdə müharibənin Suriyaya sıçraya biləcəyi ehtimalını artırır. Hazırda Suriyanın hüdudlarında bir çox ölkələr var. Rusiya, ABŞ, Çin, İran və sairə. Qütbləşməkdə olan güçlərin maraqları, onları böyük ehtimalla daha faciəvi toqquşmalara məcbur edir. Bu səbəbdən dünya daha bir böyük müharibənin astanasındadır, demək olar".

Ekspert deyib ki, ABŞ çox böyük bir hərbi qüvvə ilə artıq Yaxın Sərqi üzük qaşı kimi mühasirəyə alıb:

"Baş vərə biləcək müharibə Rusiyanın indiki məqamda daha çox işinə yarayır. Çünki, burada Rusiya, Çin və İranın xüsusilə olaraq və digər güclərlə birlikdə düşmənlərinə qarşı savaşmaq şansı əldə edə bilir və bu səbəbdən bu müttəfiqlik onun Ukraynadakı hərbi əməliyyatlarına da öz müsbət təsirini göstərəcək ehtimalı yaranır. ABŞ-a görə Rusiyanı Suriyadan uzaqlaşdırmaq və ümumiyyətlə tamamilə zəiflətmək planları var. ABŞ-ın, bölgədə müharibənin geniş miqyas almasına maraqlı olması, onun bölgəyə yığdığı silah və hərbi texnikanın həçmi ilə daha çox özünü göstərir və bu səbəbdən İsrail və Fələstin arasında baş verən müharibənin davam etməsi və daha da şiddətlənməsi ehtimalları böyükdür".

Anar Əliyev
Xəbəri paylaş