Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza zonasında atəşkəsə nail olunması, İsrailin-Fələstin qarşıdurmasına son qoyulması məqsədilə diplomatik səyləri davam etdirir.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Türkiyə lideri bu çərçivədə İordaniya Kralı II Abdullah ilə telefon danışığı aparıb.
Telefon danışığı zamanı İsrail-Fələstin münaqişəsi və regionda yaranan humanitar böhranın həlli üçün görüləcək işlər, sülh və əmin-amanlığın təmin edilməsi üçün regional və qlobal səviyyədə atılması lazım olan addımlar müzakirə edilib.
Prezident Ərdoğan İordaniya Kralına bildirib ki, münaqişələrin bölgəyə yayılma ehtimalına qarşı ayıq-sayıq olmaq lazımdır. O, Türkiyənin gərginliyin aradan qaldırılması üçün vasitəçilik də daxil olmaqla istənilən dəstəyə hazır olduğunu bəyan edib.
Anar TAGİYEV