İqtisadiyyat naziri Mikayıl Cabbarov İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) və Dünya Bankının ölkəmizdə səfərdə olan nümayəndələri ilə görüşüb.
Newscenter.az xəbər verir ki, tərəflər İƏİT və Dünya Bankının “Azərbaycan İnvestisiya Holdinqi və onun portfelində olan dövlət müəssisələrində korporativ idarəetmənin təhlili” üzrə birgə layihəsi, dövlətə məxsus müəssisələrin özəlləşdirilməsi və bu istiqamətdə görülən tədbirlər, korporativ idarəetmənin təkmilləşdirilməsi və bu xüsusda digər islahat prioritetləri barədə fikir mübadiləsi aparıblar.
Eyni zamanda, görüşdə Azərbaycanda qeyri-neft sektorunun inkişafı, iqtisadi diversifikasiya, investisiyaların təşviqi və biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər və əldə olunan nəticələr barədə məlumat verilib.
R.Mehdiyeva