Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Minalarla mübarizə üçün üçtərəfli təşəbbüs yaradılır

Minalarla mübarizə üçün üçtərəfli təşəbbüs yaradılır


Qara dənizdə mümkün mina təhlükəsinə qarşı bundan sonra 3 ölkə birgə mübarizə aparacaq.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu məqsədlə Türkiyə, Bolqarıstan və Rumıniya tərəfindən “üçtərəfli təşəbbüs” yaradılıb.

Məlumata görə, sözügedən razılaşma NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşü zamanı Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin Bolqarıstan və Rumıniyadan olan həmkarları ilə görüşü zamanı əldə edilib.

Məlumat üçün qeyd edək ki, Türkiyənin milli müdafiə naziri Yaşar Güler bu gün NATO Qərargahında Bolqarıstanın müdafiə naziri Todor Taqarev və Rumıniya müdafiə nazirinin müavini Simona Cojocaru ilə görüşüb.

Anar TAGİYEV
Xəbəri paylaş