Birləşmiş Ştatlarda aylıq inflyasiya göstəriciləri 0,4 faiz üzərinə qalxıb.
Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, illik inflyasiya isə dəyişməyərək 3,7 faiz səviyyəsində qalıb. Lakin illik inflyasiyanın 3,6 faizə qədər azalacağı ehtimal edilir.
Ərzaq və enerji məhsulları istisna olmaqla istehlak qiymətləri aylıq 0,3 faiz təşkil edib. İllik göstərici isə bu 4,1 faiz olub.
Mövcud vəziyyətlə bağlı FED-in yaxın günlərdə müvafiq qərar qəbul edəcəyi gözlənilir.
Natiq Orucov