Türkiyənin Əskişehir şəhərində dilənçilərə pul vermək qadağası tətbiq edilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, qadağanı Əskişehir valiliyi qoyub.
Əskişehir valisi Hüseyn Aksoy tərəfindən imzalanan və Valiliyin internet saytında dərc edilən sərəncamında dilənçilərə, əlində salfetka, çiçək və ya digər şeylər satan uşaqlara və ya əlillərə pul verilməsinin qadağan edildiyi açıqlanıb.
Sərəncamda qeyd edilir ki, gələcəyimizin qarantı olan uşaqlarımızı sağlamlıq və təhlükəsizlik baxımından əlverişsiz mühitlərdən uzaq tutmaq, onların əqli və fiziki cəhətdən sağlam, ailələrinə faydalı şəxsiyyətlər kimi böyümələrini təmin etmək üçün Cəmiyyət; 5442 saylı İl İdarəetmə Qanununun 9-cu maddəsinin (d) bəndində verilən səlahiyyətə əsasən bu qərarlar alınır.
Mehman Mehdiyev