Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

HƏMAS-dan İslam dünyasına ÇAĞIRIŞ

HƏMAS-dan İslam dünyasına ÇAĞIRIŞ


HƏMAS İslam dünyasına çağırış edib.

Newscenter.az haber7.com-a istinadən bildirir ki, təşkilat müsəlman ölkələrini İsrailə qarşı mübarizədə HƏMAS-la həmrəylik nümayiş etdirməyə çağırıb. HƏMAS hesab edir ki, bütün müsəlman dünyası İsrailin Qəzzaya olan hücumlarını dayandırmaq üçün küçələrə çıxmalıdır.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS-ın hərbi qanadı olan Əl Qəssam Briqadalarının "Əqsa tufanı" adı altında İsrailə qarşı həyata keçirdiyi hücuma cavab olaraq Təl-Əviv Qəzzada genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Bir neçə gün davam edən hərbi əməliyatlar nəticəsində yüzlərlə fələstinli həlak olub, yüz minlərlə insan öz ev-eşiyindən didərgin düşüb.

Anar TAGİYEV
Xəbəri paylaş