İspaniya İsraildəki 429 vətəndaşını təxliyə edib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin X-dəki paylaşımında qeyd edilir ki, Təl-Əvivə göndərilən 2 təyyarə təxliyə işlərini başa vuraraq Madriddəki Torrejon de Ardoz hərbi hava bazasına uğurlu eniş edib. Təxliyə edilən insanları İspaniyanın xarici işlər naziri Xose Manuel Albares qarşılayıb.
Bildirilib ki, təxliyə edilənlərdən 334-ü ispan, 41-i Latın Amerikası, 22-si Avropa ölkələri, 32-si isə digər ölkələrin vətəndaşlarıdır. İspaniyanın İsraildəki daimi sakinləri, o cümlədən bu ölkədəki diplomatik personalı isə hələlik təxliyə edilməyib.
Mehman Mehdiyev