"Dərnəyin əsas məqsədi əsasən Azərbaycan Orta Doğu Texnik Üniversitetində (ODTÜ) təhsil alan tələbələrin həyatını asanlaşdıracaq işlər görmək, sosial həyatlarının faydalı təşkil olunmasına şərait yaratmaq, onların proyektlərinə dəstək olmaq, iş və staj imkanları yaratmaq və təhsillərinə maddi olaraq dəstək göstərməkdir. Eyni zamanda məzunlarımız ilə tələbələrimiz arasında körpü qurmaq da istəyirik".
Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycan Orta Doğu Texnik Üniversitetli (ÖDTÜ) Tələbələr və Məzunlar Dərnəyinin sədri Azər Haqverdiyev rəhbərlik etdiyi qurumun yaradılması məqsədləri barədə danışarkən səsləndirib. O bildirib ki, dərnək qurmaq o qədər də çətin məsələ deyil:
"Lakin Türkiyədə dərnəklər qanunsuz işləri ört-basdır etmək məqsədilə qurula biləcəyi üçün bəzi önəmli qurumlar buna diqqətlə yanaşır. Bu zamanla öhdəsindən gələ biləcəyimiz keçici bir sıxıntıdır".
Anar Əliyev