Ölkəmizdə qeyri-rəsmi dostluq səfərində olan Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının hər iki hərbi gəmisi oktyabrın 12-də Bakı limanını tərk edib.
Bu barədə Newscenter.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, səfər müddətində gəmi heyətləri üçün mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakı şəhərində gəzinti təşkil edilib, həmçinin hərbi dənizçilərin kəndir dartma və futbol üzrə yoldaşlıq görüşü keçirilib.
Mehman Mehdiyev