Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə ağır yol qəzası, çoxlu sayda yaralı var

Türkiyədə ağır yol qəzası, çoxlu sayda yaralı var


Türkiyıdə ağır yol qəzası baş verib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Nevşehirdə olub. Belə ki, kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində 14 nəfər xəsarət alıb.

Qəza Kırşehir-Kayseri avtomobil yolunda baş verib. Zərbənin təsirindən minik avtomobil yol kənarındakı obyektə, mikroavtobus isə yoldakı arakəsmə piltələrə çırpılıb. Dərhal hadisə yerinə jandarma, polis və sağlamlıq qrupu göndərilib. Yaralılar təcili yardım maşınları ilə Nevşehir və Kırşehirdəki müxtəlif xəstəxanalara göndərilib.

Qəza yolda tıxaca səbəb olub.

Mehman Mehdiyev
Xəbəri paylaş