“HƏMAS-ın 7 oktyabrda İsrailə sürpriz genişmiqyaslı hücumu sonrası Yaxın Şərq yenidən dünya gündəminin əsas mövzusuna çevrilib. İndi beynəlxalq ictimaiyyət diqqətini Yaxın Şərqdə yaranmış vəziyyət, müharibənin gətirdiyi faciələrə və qanın axıdılmasının durdurulmasına yönəlib".
Newscenter.az xəbər verir ki, bu fikirləri AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu səsləndirib. Partiya funksioneri təəssüf hissi ilə qeyd edib ki, bu dəfəki İsrail-HƏMAS müharibəsində də ağır zərbəni hər iki tərəfdən mülki əhali alır:
"Hava zərbələri zamanı yüzlərlə insan həyatını, sağlamlığını və ev-eşiyini itirir, qaçqın düşür. Lakin görünən odur ki, indiki müharibəni dayandırmaq, tərəflər arasında barışıq yaratmaq çox çətin hətta mümkün deyil”.
Əli Oruclu hesab edir ki, bu dəfə İsrail HƏMAS-ı bitirməkdə və bu təhlükəni aradan qaldırmaqda qərarlıdır.
Anar Əliyev