Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan sülh sazişi üzərində işi davam etdirməyə hazırdır

Azərbaycan sülh sazişi üzərində işi davam etdirməyə hazırdır


"Oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclası keçirildi. İclas iştirakçıları ilə görüşü zamanı Prezident İlham Əliyev çıxışında bir sıra mühüm məsələlərə toxundu.
Dövlət başçımız bildirdi ki, Azərbaycan MDB-nin işində iştirak etməyə həmişə böyük əhəmiyyət verib. Bütün istiqamətlər üzrə və təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində sıx təmaslar mövcuddur. Bizim ölkələrin yerləşdiyi məkanda ictimai-siyasi sabitliyin möhkəmləndiyini görmək sevindiricidir və dövlətlərimiz bir çox çağırışların öhdəsindən uğurla gəlir".

Newscenter-az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Jalə Əhmədova səsləndirib. Millət vəkili deyib ki, ölkə başçımız Azərbaycanın suverenliyinin tam bərpa olunması, Qarabağın tarixi, Ermənistanın etnik təmizləmə siyasəti, azərbaycanlıların öz doğma torpaqlarından qovulması və nəhayət, 2020-ci ilin sentyabrında 44 gün davam edən, Ermənistan ordusunun tamamilə darmadağın olması və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə nəticələnən İkinci Qarabağ müharibəsi, Üçtərəfli Bəyanat, 19 sentyabr tarixli antiterror tədbirlərinin səbəbi, Qarabağın erməni əhalisinin reinteqrasiya planı, Fransanın qeyri-konstruktiv və təxribatçı rolu barədə fikirlərini bölüşdü:

"Prezident İlham Əliyev bir daha açıq şəkildə bəyan etdi ki, bütün oyunlara son qoyulmalıdır və sülh sazişi imzalanmalıdır.
Dövlət başçımız bir daha vurğuladı ki, Azərbaycan Ermənistan ilə münasibətlərin normallaşmasına və sülh sazişi üzərində işi davam etdirməyə hazırdır. Erməni tərəfinin Rusiya Federasiyasının vasitəçiliyindən imtina edəcəyi təqdirdə Azərbaycan ilə Ermənistanın xarici işlər nazirləri arasında birbaşa danışıqlar alternativ ola bilər".

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş