Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Böyük tarixi nailiyyətlər o gündən başlayır

Böyük tarixi nailiyyətlər o gündən başlayır


Azərbaycanın taleyüklü məsələsinin həllinə gedən böyük yolun başlanğıcı 15 Oktyabr 2003 - cü ildən başladı. Bu tarixi gündə Ulu Öndər yolunun unikal davamçısı Cənab İlham Əliyev xalqımızın rəğbət və etimadını qazanaraq Prezident seçildi, Azərbaycan üçün yeni tarixi səhifələr açdı. Böyük tarixi nailiyyətlər o gündən başlayır. Bu gün həmən tarixi gündən 20 il ötür. Milli maraqlara və dəyərlərə söykənərək istər xarici, istərsə də daxili siyasətdə öz imzasını yazıb möhürünü vuraraq ölkəmizin inkişafında müstəsna xidmətləri olan, Azərbaycanın dünya miqyasında tanıdılmsında böyük səylər göstərən Cənab Prezidentimiz dövlətimizin güclənməsi, xalqımızın rifahı üçün yorulmadan çalışır.

Zədələnmiş qürurumuzu bərpa edən, düşmən tapdağı altında qalmış torpaqlarımızın azad olunmasında misilsiz xidmətləri olan, öz qətiyyəti, yenilməzliyi ilə dünyanı heyrətə gətirən mahir sərkərdə, hər bir Azərbaycanlının and yerinə çevrilmiş, Ali Baş Komandan, Cənab Prezidentimiz İlham Əliyevin səyləri nəticəsində biz qürurlu xalq olaraq böyük sevinc və zəfərlər içərisindəyik.

Amalı azad, qüdrətli, bütöv Azərbaycan uğrunda olan ölkə başçımız 44 Günlük II Vətən Savaşı zamanı düşmənə yerini göstərdi, antiteror əməliyyatlarının həyata keçirilməsi ilə Azərbaycanımızı bütövləşdirdi. Bu gün çox böyük qürur və şərəflə qalib və əzmkar dövlət olaraq Azərbaycan bütün dünyaya tanıdıldı. Kiçikdən böyüyədək hər kəs harada yaşamasından asılı olmayaraq başı dik, alnı açıqdır.

Böyük iradə sahibi olan ölkə başçımız Cənab İlham Əliyevlə, qanları ilə şərəf tarixi yazan qəhrəman qardaşlarımızla fəxr edir, qəhrəmanlıq salnaməsi yazaraq Şəhadətə ucalan Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Uca Yaradandan şəfalar diləyrik.

Var olsun Azərbaycan qüdrətli dövləti!

Var olsun Azərbaycanın Ən yeni tarixini yazan Xilaskar Ali Baş Komandanımız!

Var olsun birlik nümayiş etdirən Azərbaycan Xalqı!

Günay Ağamalı,

Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya məsələlər üzrə müşaviri, Qadınlar Şurasının sədri.
Xəbəri paylaş